Almaniya mətbuatında azərbaycanlı qadın polis komissarı haqqında məlumatlar yayılıb.
RePost.Az xəbər verir ki, Lena adlı xanım orta məktəbdə oxuyarkən anası ilə birlikdə Bakıdan Berlinə köçüb. 29 yaşlı azərbaycanlı polis komissarı 14 il əvvəl gəldiyi Almaniyada özünə xoşbəxt bir həyat qura bilib.
Anası Susana (55 yaşlı) Almaniyada tibbi yardım alır. 57 yaşlı atası İlham isə 6 il Bakıda işlədikdən Berlinə yollanıb.
Berlində polis peşəsinə sahib olmaq üçün təhsil alan Lena polis olduqdan sonra Neuköllndə işləməyə başlayıb. Lena, alman, eləcə də rus, türk, ingilis və fransız dillərindən danışa bilir.
RePost.Az