Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatında daha 10 hərbçi yaralanıb.
RePost.Az xəbər verir ki, hadisə Burseya və Darmak dağları arasındakı bölgədə baş verib. Terrorçularla hərbçilıər arasında baş verən atışmada 5 türk əsgəri, 5 Azad Suriya Ordusunun əsgəri yaralanıb.
Yaralanan hərbçilər Kilis dövlət xəstəxanasına yerləşdirilib. Hazırda Afirində hərbçilərlə terrorçular arasında şiddətli atışma getdiyi bildirilir.
RePost.Az