Bu gün Ermənistan parlamentində ölkənin yeni prezidentinin seçkisi keçirilib.
Armen Sarkisyan ölkənin yeni prezidenti seçilib. Onun lehinə 90, əleyhinə 10 deputat səs verib. A. Sarkisyanın namizədliyi parlament çoxluğu tərəfindən irəli sürülmüşdü.
Armen Sarkisyan ölkəsinin Böyük Britaniyada səfiri vəzifəsində çalışırdı. O, daha əvvəl Ermənistanın baş naziri olub.
Qeyd edək ki, 2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarə üsuluna keçir. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.
RePost.Az