İranda müxtəlif ittihamlara görə ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib.
RePost.Az-ın Günaz.TV-yə istinadən verdiyi məlumata görə, hər üç müttəhim, martın 4-ü sübh saatlarında İranın Kirmanşah şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilənlərdən ikisinin (Məsud Vəkili və Keyvan Raşxar Zərduyi) adları mediaya açıqlanıb. Dara çəkilən digər müttəhimin adı hələlik bəlli deyil. Edam edilən məhbusların konkret nədə günahlandırıldığı barədə hər hansı bir məlumat yayılmayıb.
 
Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına görə ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.
 
RePost.Az

Baxış sayı: 6031 | Tarix: 05.03.2018
Bizi Telegramda izləyin: @repostaz