"Səni axtarıram"a müraciət edən gənc qadın qaynanası tərəfindən aldadılaraq 3 ilə yaxındır həyat yoldaşından boşandığı bildirib.
 
RePost.Az Milli.Az-a istinadən xəbər verir ki, o, baldızı ilə arasında yaranan söz-söhbətdən sonra bu hadisələrin baş verdiyini deyib. 5 baldızının olduğunu bildirən gənc qadın, onlardan birinin məşhur toy aparıcısı və xınayaxdı təşkilatçısı kimi tanınan Nazilə Səfərli olduğunu deyib.
 
Qadın ailəsinin barışması üçün Nazilədən dəfələrlə kömək istədiyini desə də, məşhurun "Sizin ailə işinizə qarışa bilmərəm" cavabını aldığını qeyd edib.
 
İki övladı ilə anasının yanında yataqxana yaşadığını bildirən gənc qadın keçmiş ərindən ev istədiyini bildirib.
 
RePost.Az


Baxış sayı: 6449 | Tarix: 05.03.2018
Bizi Telegramda izləyin: @repostaz