Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı nəticəsində Cinderes şəhəri PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənib.
 
Cinderes rayon mərkəzi olan bu şəhər Afrin bölgəsində ikinci ən böyük şəhərdir. Türkiyə prezindenti Rəcəb Tayyib Ərdoğan bildirib ki,  "Zeytun budağı" əməliyyatı nəticəsində 3089 terrorçu zərərsizləşdirilib. Türkiyə "Fərat qalxanı" əməliyyatı nəticəsində 2 min kv.km ərazini terrorçulardan təmizləyib. "Zeytun budağı" əməliyyatı nəticəsində də 2 min kv.km olan Afrin bölgəsi PYD/YPG terrorçularından təmizlənəcək. 
 
NATO isə Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatın miqyası və müddətinin məhdudlaşdırılmasını istəyir. Bu barədə NATO baş katibinin müavini Rouz Qetemüller bildirib. "Türkiyə Alyansın dəyərlərini unutmamalıdır. Afrindəki əməliyyata gəlincə, bu o deməkdir ki, proporsionallıq prinsipinə əməl edilməlidir, mülki şəxslər hədəf olmamalıdır, əməliyyatın miqyası və müddəti mümkün qədər məhdudlaşdırılmalıdır", - deyə Rouz Qetemüller, Brüksel Forumunda çıxışı zamanı bildirib.  
 
Bu arada Türkiyə Şimali İraqda da PKK terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat keçirməyə hazırlaşır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, əməliyyat İraqda keçiriləcək parlament seçkilərindən sonra, rəsmi Bağdadla birlikdə keçiriləcək. Türkiyə xarici işlər naziri ordibeheşt ayına qədər Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı həyata keçirdiyi "Zeytun budağı" əməliyyatının başa çatacağını bildirib. Həmin vaxta qədər Afrində əməliyyat başa çatmasa belə, Türkiyə ordusunun eyni zamanda həm Suriyada, həm də Şimali İraqda əməliyyatlar aparmaq imkanı var. Mövlud Çavuşoğlu İraq hökumətinin də ölkənin PKK terrorçularından təmizlənməsini istədiyini vurğulayıb.
 
RePost.Az
 
 

Baxış sayı: 5689 | Tarix: 09.03.2018
Bizi Telegramda izləyin: @repostaz