Aparıcı Ceren Akdağ qonaq olduğu televiziya proqramında özü ilə bağlı ilginc açıqlamalar edib. 
 
RePost.Az-ın məlumatına görə, Kanal D-də yayımlanan "Şule ile Vitrindekiler"in bu həftəki qonağı olan Ceren Akdağın etirafı başda proqramın aparıcısı olmaqla, tamaşaçıları da təəccübləndirib. 
 
' Televizya sahəsində təcavüzə uğramadğımı deyə bilmərəm. Mən cinsi təcavüzə uğradım. Müəyyən müddət bununla bağlı müalicə də olundum. Bir müddət bu vəziyyəti özünə də izah edə bilmirsən. Ən yaxın dostundan belə gizli saxlayırsan. "Bunu mənmi elədim", deyə, təccüblənirsən. Bu son 5 ildə baş verdi deyə bilrəm. Bu yaşda başıma gəldi bunlar. Həmin adamla bir müddət bir yerdə işləmişdik. İnana bilmirdim. Məni sıxışdırmağa başladı. Əlimdə çay stəkanı vardı. "Bir də cəhd edərsiz bu sətakanı başınızda sındıracam" dedim. Həmin gün canlı yayıma da çıxa bilmədim və  o insanla bir daha rastlaçmadım. Lazımı yerlər, lazımı tədbirləri gördülər''.
 
RePost.Az


Baxış sayı: 6943 | Tarix: 02.04.2018
Bizi Telegramda izləyin: @repostaz