Duma şəhərində kimyəvi silahdan istifadə edilməsi Suriya ilə bağlı vəziyyəti daha da gərginləşdirib. Amerika başda olmaqla dünyanın əsas gücləri Suriayya hərbi müdaxilə etmək üçün ordunu hazır vəziyyətət gətirib. Rusiaya isə həmişə olduğu kimi, bu dəfə də Şərqdəki müttəfiqni qorumağa çalışır.
Amerika prezidenti Donald Tramp Suriyaya raket zərbələri endiriləcəyi barədə anons verib. Ölkə başçısı, Suriyaya doğru buraxılacaq bütün raketləri vuracağını Rusiyaya da mesaj yyollayıb.
“Hazırlaş, Rusiya. Ona görə ki, raketlər gələcək – yaxşı, yeni və “ağıllı” raketlər. Xalqını qazla öldürən və bundan zövq alan bir heyvanla ortaq olmamalısan”, - deyə Tramp qeyd edib.
Pentagonun başçısı Ceyms Mettis isə ordunun əməliyyata və mümükün variantları Trampa təqdim etməyə hazır olduğunu bildirib. Lakin Ağ evin sözçüsü Sara Sanders, Donald Trampın Suriyaya zərbə endirilməsi ilə bağlı hələlik qərar vermədiyini deyib. Onun sözlərinə görə, hazırda müxtəlif variantlar nəzərdən keçirilir. O həmçinin Amerikanın tərəfdaşları və müttəfiqləri ilə birgə bu məsələ ilə bağlı məsləhətləşmələrin davam etdirildiyini vurğulayıb.
Böyük Britaniyanın baş naziri Teresa Mey isə parlamentin razılığı olmadan Suriya hökumət qüvvələrinə qarşı hərbi əməliyyatlara qatılmağa hazır olduğunu ifadə edib. Qeyd olunur ki, bu barədə qərarı Mey Suriyanın Duma şəhərində kimyəvi hücumun təkrarlanmasının qarşısını almaq məqsədilə verib. Britaniyanın Kiprdəki Hərbi Hava Qüvvələri də artıq Suriyaya zərbə endirmək üçün tam döyüş hazırlığına gətirilib. Ölkə mediasının məlumatına görə təyyarələr Akrotiridəki uçuş-eniş zolağındadır. Qəzetin məlumatına görə, Britaniyanın "Type 45 Destroyer" və "HMS Dunca" eskadra minadaşıyıcıları da zərurət olduqda əməliyyata qoşula bilərlər.
Suriyanın XİNazirliyindən isə Trampın sözlərinə reaksiyon gəlib. Qurumun rəsmi nümayəndəsi bildirib ki, Amerikanın səsləndiriyi "düşüncəsiz eskalasiya" Dəməşq üçün gözlənilməz olmadı. “Bu bəyanatı Suriyada terrorçulara sponsorluq edən və buna hələ də davam edən bir ölkə verirsə, təbii ki, gözlənilməz deyil", - deyə mənbə əlavə edib. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, ağıllı raketlər bir neçə ildir öz ərazisində beynəlxalq terrorçuluqla mübarizə aparan qanuni hökumətə deyil, terrorçular tərəfə uçmalıdır. “Bəs, görəsən Kimyəvi Sİlahların Qadağan Olunması Təşkilatının müfəttişlərini xəbərdar ediblərmi ki, indi ağıllı raketlər kimyəvi silahın tətbiq olunduğuna dair yerdəki bütün sübutları məhv edəcək? Bəlkə bütün düşüncə elə ondan ibarətdir ki, təxribatın bütün izlərini ağıllı raket zərbələri ilə silsinlər və beynəlxalq müfəttişlərin sübut qismində nəsə axtarmasına ehtiyac qalmasın?" - deyə Zaxarova əlavə edib.
Iran tərəfinin də reksiyonu yubanmayıb. İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib ki, Amerikanın Suriyaya mümkün hava zərbəsi endirməsi ilə bağlı səsləndirdiyi bəyanatlar, daha çox təbliğat xarakteri daşıyır və Vaşinqton Bəşər Əsədə qarşı heç nə edə bilmiyəcək. “Nə Suriya bu ölkədə müharibə başlandığı gündən zəifləyib, nə də Amerika bu müddət ərzində güclənib. Hesab edirəm ki, amerikalıların Suriyaya qarşı mümkün hücumu ilə bağlı səsləndirdiyi bəyanatlar və bununla bağlı qalmaqallar, daha çox təbliğat xarakteri daşıyır. Bu isə, onların Suriya ordusunun Şərqi Quta bölgəsində əldə etdiyi mühüm uğurlardan narahat olmalarını göstərir”-deyə Vilayəti vurğulayıb.
Türkiyənin Xarici İşlər Naziri Mövlüd Çavuşoğlu isə Əsədin Suriya rəhbərliyindən getməsinin vacibliyini söyləyib. Bəşər Əsəd rejimi ilk dəfə deyil kimyəvi silahdan istifadə edir. 1 milyona yaxın insanın qatilidir. Suriyada proseslərin siyasi müstəviyə keçməsi vacibdir. Diplomat həmçinin Fransanın Suriya məsələsində ölkəsi ilə təmasa keçmək istədiyini və bu müzakirələrin baş tutacağını bildirib.
Suriya böhranı ilə bağlı Rusiya prezindenti Vladimr Putin və İsrail baş naziri Benyamin Netanyahu arasında da telefon danışığı olub. Məlumata əsasən, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər. Söhbət zamanı Netanyahu bildirib ki, rəsmi Tel-Əviv İranın Suriyada hərbi iştirakına imkan verməyəcək. Rusiya prezidenti Suriyanın suverenliyinin qorunmasının vacibliyini vurğulayaraq ölkədə vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməyə çağırıb.
BMT –nin baş katibi Antonio Quterreş isə Əmniyyət Şurasının daimi üzvü olan ölkələrin nümayəndələri ilə Suriyadakı vəziyyəti müzakirə edib. Bildirilir ki, Quttereş Şura üzvlərinin Suriyada kimyəvi silahdan istifadə edilməsində razılığa gələ bilməmələrinə görə, təəssüfünü ifadə edib. Buna baxmayaraq qurum bugün Əmniyyət Şurasında Suriya ətrafında gərgin vəziyyətlə əlaqədar məsləhətləşmələr aparacaq. Əvvəl Şurada atom, kimyəvi və bioloji silahların yayılmaması ilə bağlı brifinq, daha sonra "Sülh və təhlükəsizliyin qorunması" mövzusunda qapalı məsləhətləşmələr keçiriləcək. BMT-nin siyasi məsələlər üzrə Departamentinin nümayəndəsi məruzə ilə çıxış edəcək.
RePost.Az