Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı “məxməri inqilab” komitəsi yaradılıb.
RePost.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanda keçirilən etiraz aksiyalarına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan bəyan edib. Nikol Paşinyan hərəkata rəhbərlik edəcək qurumun qələbə qazananadək fəaliyyət göstərəcəyini qeyd edib: “Dövlət qurumlarını blokadaya alacaq inqilab komitələri bütün bölgələrdə yaradılacaq. Tezliklə polis və dövlət qurumları inqilab komitələrinin əmrlərini icra edəcəklər”, - deyə Nikol Paşinyan mitinqdə bildirib.
Onun sözlərinə görə, sabahdan bölgələrdə dövlət qurumlarının blokadaya alınmasına başlanılacaq, paytaxt Yerevanda isə onun tərəfdarları hakimiyyət nümayəndələri üçün nəzarət-buraxılış məntəqələri quracaq.
Aksiyadan sonra etirazçılar mərkəzi küçələr boyu yürüş keçiriblər. Nikol Paşinyan tərəfdarlarını meydanda gecələməməyə və sabah yenidən aksiyaya toplaşmağa çağırıb.
RePost.Az