Aprel döyüşlərində böyük igidlik göstərmiş döyüşçümüz intihar edib.
RePost.Az Criminal.az-a istinadən xəbər verir ki, dünən Tovuz rayonunda 26 yaşlı Fazil Abdiyev özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
Tovuz rayon İcra hakimiyyətinin şəhər üzrə icra nümayəndəsi Yaşar İbrahimov açıqlamasında söhbətə F.Abdiyevi təriflə başladı: ''Fazil ailə təhsilli idi. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdi. Çox sakit, ağıllı uşaq idi. Onun haqda xoş sözlər deməklə bitən deyil, sanki bu dünyanın adamı deyildi'
Keçmiş döyüşçü F.Abdıyevin döyüş yolundan danışan icra nümayəndəsinin sözlərinə görə, o aprel döyüşlərində də böyük şücaət göstərib.
''Qızğın döyüşlərdə ağır yaralanmışdı. Hətta bu gün yasda eşitdim ki, o, bir müddət ölən əsgərlərin içərisində qalıb, sonrada sağ öldüğunu bilib hospitala çatdırıblar. Hərbi xidməti başa vuranda sonra rayon rəhbərliyinin diqqətində idi. İşlə təmin edildi, tikinti şirkətində iş icraçısı işləyirdi. Dünən qardaşı və atası iş dalınca gedib. Xəstəxanada tibb bacısı işləyən anası isə növbədə olub. Evdə heç kimin olmamasında istifadə edən Fazil özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil. Lakin ölümündən bir neçə gün əvvəl qonşularına deyib ki, yoldaşlarının ölümü ona pis təsir edib. ''Niyə onlar öldü, mən ölmədim’’ deyərək təəssüflənib. Görünür, müharibə, döyüşlər onda acı iz buraxıbmış...''-deyə Y.İbrahimov bildirdi.
RePost.Az