Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvaya yola düşüb.
RePost.Az-ın məlumatına görə, bu barədə “İnterfaks” agentliyi diplomatik mənbələrə istinadən xəbər verib.
Bundan əvvəl Ermənistan XİN-in mətbuat katibi E.Nalbandyanın ezamiyyətdə olduğunu təsdiqləyib.
Bundan əvvəl isə Ermənistan prezidenti Armen Sarkisyan və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı diqqət mərkəzində Ermənistandakı siyasi böhran olub.
"Ermənistandakı mövcud vəziyyət müzakirə edilib. Vladimir Putin və Armen Sarkisyan böhranın qısa müddətdə aradan qaldırılması üçün ölkənin bütün siyasi qüvvələrini təmkin və məsuliyyət göstərmələrinin, mövcud problemlərin konstruktiv dialoq və Konstitusiya çərçivəsində həllinin vacibliyini vurğulayıblar”, - Kremlin rəsmi saytının yaydığı məlumatda bildirilir.
RePost.Az