Pxanmuncom danışıq məntəqəsində Şimali Koreya lideri Kim Çen İnlə Cənubi Koreya prezidenti Mun Çje İnin görüşü baş tutub.
 
RePost.Az xəbər verir ki, Kim Çen İn və Mun Çje İn demarkasiya xəttində görüşüblər. Onlar bir-birini salamlayaraq əl sıxışıblar. Bundan sonra Kim Çen İn ayırıcı xətti keçərək Cənubi Koreyaya ayaq basan ilk Şimali Koreya lideri olub.
 
Gün ərzində iki lider Şimal və Cənub arasında münasibətləri yaxşılaşdırmaq, sülh və perspektivli birləşmə məsələlərini müzakirə edəcəklər.
 
Mun Çje İn həmkarını bizim sədr Kim adlandırıb və bildirib ki, Şimali Koreya liderinin demarkasiya xəttini keçməsi sülh simvolu olub. Kim Çen İn isə prezidentə tez-tez görüşməyi təklif edib.
birinci raundun nəticələrinə əsasən Kim Çen İn qarşıdurmaya son qoymağa çalışıb. Mun Çje isə iki ölkə arasında dəmiryolu xəttini bərpa etməyi təklif edib. 
 
RePost.Az
 

Baxış sayı: 4682 | Tarix: 27.04.2018
Bizi Telegramda izləyin: @repostaz