Azərbaycan Cümhuriyyət Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad keçirilib. 
 
RePost.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici dövlətlərin  ölkəmizdəki səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxıblar. Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda nitq söyləyib. 
 
2015-ci ilin aprel və 2018-ci ilin Naxçıvan döyüşlərindən danışan İlham Əliyev Azərbycan ordusunun işğal olunmuş torpaqları azad etmək iqtidarlında olduğunu bildirib. O qeyd edib ki, Azərbaycands ordu quruculuğuna xüsusi diqqət yetirilir və 2003-cü ildən bu yana hərbi xərclər 15 dəfədən çox artırılıb. Azərbaycanda 20-dən çox hərbi zavod inşa edilib. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsul istehsal olunur və həmin məhsulların bir çoxu xaricə ixrac olunur. Bununla bərabər Azərbaycan Ordusu ən müasir silahlarla təchiz edilib. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 
Prezident vurğulayıb ki, Naxçıvan və aprel qələbələrində dalğöalanan Azərbaycan bayrağı bü gün Azadlıq Meydanında nümayiş etdirilir. Tezliklə Azərbaycanın digər işğal olunmuş torpaqları da azad ediləcək  və o döyüşlərdə dalğalanan bayraqlar hərbi paradda nümayiş etdiriləcək. 
 
Dövlət başçısının nitqindən sonra şəxsi heyətin keçidi olub. Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də, Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti tribuna önündən keçib.
 
Daha sonra hərbi texnika və uçuş vasitələri nümayiş etdirilib. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, xələbansız uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.
Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.
 
RePost.Az


Baxış sayı: 4606 | Tarix: 26.06.2018
Bizi Telegramda izləyin: @repostaz