Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd olub, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov BBC News Azərbaycancaya bildirib.
"Bununla bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir".
Cinayəti törədən şəxs polis tərəfindən yaxalanıb, cənab Həsənov bildirib.
Hadisə iyulun 3-də axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb.
Hadisəyə görə Yunis Səfərov saxlanılanılıb və ondan 3 ədəd giliz götürülüb.
"İki və daha artıq şəxsi öldürməyə cəhd" və "qanunsuz olaraq odlu silah gəzdirmə" maddəsi ilə cinayət işi başlanıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən silahlı hücumun təfərrüatları məlum olub.
"Report" hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hadisə nəticəsində icra başçısı ağır yaralanıb, polis əməkdaşı olan mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.
İcra başçısı yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan vertolyotla Bakıya göndərilib.
Hadisə axşam saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.
İlkin məlumatlara görə, o, Rusiya vətəndaşıdır. Həmin şəxs ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçdığı üçün axtarışa verilib.
Həmçinin bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.
Faktla bağlı Daxili İşlər Nazirliyi məlumat yayacaq.
RePost.Az