Ermənistanda Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin binası uçub.
RePost.Az-ın məlumatına görə, hadisə nəticəsində yanğın texnikası və elektrotexnika ekspertizası şöbəsinin rəisi Araik Karapetyan həlak olub.
Məlumata görə, o, binanın dağıntıları altında qalıb.
Bundan başqa, daha iki nəfər yaralanıb.
RePost.Az