Türkiyənin İstanbul şəhərindəki Reina gecə klubuna terror hücumu zamanı xilas olanlardan biri də Səudiyyə Ərəbistanından olan turist Həsən Qaşıqçı olub.

RePost.az, xəbər verir ki, məşhur Səudiyyəli iş adamı Adnan Kaşıkçının qardaşı oğlu olan Həsən, həyat yoldaşı Məryəmlə birlikdə hadisədən 40 dəqiqə əvvəl gecə klubuna gəlib.

Zərb alətinin səsinə bənzəyən bir səs eşitdiyini deyən Səudiyyəli turist, əvvəlcə masaların birində mübahisə düşdüyünü zənn edib. Daha sonra atəş səsləri eşidilib.

“Əl-Ərəbiyyə”yə müsahibə verən Həsən Qaşıqçı, “Reinada, aralarında bir qadının da olduğu üç terrorçu var idi. Onlar təhsilli idi, təsadüfi atəş açmırdılar, masaların aralarında gəzərək insanları güllələyirdilər” deyə fikrini ifadə edib.

Ərəb turist terrorçuların ərəb aksenti ilə danışmadıqlarını da deyib. 

Gülləborandan xilas olmaq üçün həyat yoldaşı ilə birlikdə dənizə tullandığını deyən Həsən Qaşıqçı, digər bir səudiyyəli qızın da dənizə tullanmaq istəyərkən güllələndiyini söyləyib.

Həsən Qaşıqçı və onun həyat yoldaşı sudan çıxıb bir anbara sığınaraq, baş verənləri videoya çəkiblər. 


Baxış sayı: 4188 | Tarix: 05.01.2017
Bizi Telegramda izləyin: @repostaz