53 yaşlı siyasətçi intiharqabağı video-müraciətində təcavüzün arxasında keçmiş partiya həmkarının dayandığını iddia edib…
 
Hollandiyada ultra-sağçı Azadlıq partiyasından olan deputat Villi Dille inthar edib.
 
RePost.Az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda “AD” portalı informasiya yayıb. Qalmaqallı siyasətçi Girt Vildersin başçılıq etdiyi partiyanın üzvü olan 53 yaşlı xanım “Facebook” səhifəsində bir qrup ərəb tərəfindən zorlandığını etiraf etdikdən bir sutka sonra canına qıyıb.
 
“Mən sadəcə, dünyanın gerçəyi bilməsini istəyirəm. 15 mart 2017-ci ildə mən bir qrup müsəlman tərəfindən qaçırılaraq təcavüzə məruz qalmış və döyülmüşəm. Buna səbəb onlarım məni Haaqa Şəhər Şurasında səssiz qalmağımı istəmələri olub. Həmin gün parlament seçkiləri keçirilirdi “, – deyə Villie Dille video-yazıda bildirib.
 
Siyasətçi müsəlmanlarla yanaşı, ona edilən təcavüzün arxasında İslamı qəbul etmiş keçmiş partiya həmkarı Arnud van Doornun da durduğunu iddia edərək deyib: “O, mənə çox nifrət edir. Bu, qorxunc və pis adamdır…”
 
Hazırda məzuniyyətdə olan A.Doorn özü isə deyilənlərin hamısının mənasız ittiham və böhtan olduğunu söyləyib.
 
RePost.Az


Baxış sayı: 3960 | Tarix: 13.08.2018
Bizi Telegramda izləyin: @repostaz