Rusiya Daxili İşlər Nazirliyinin verdiyi xəbərə görə, ölkə ərazisində 432 "qanuni oğru” var və onlardan yalnız 318-i aktiv fəaliyyətdədir. Həmin "qanuni oğru”ların 114-ü həbsdədir, 31-i istintaq təcridxanasındadır və istintaq davam edir, 19 "oğru” isə axtarışdadır.
 
RePost.Az avropa.info-ya istinadən xəbər verir ki, ən çox "qanuni oğru” gürcü milliyyətindən olanlardır. Hazırda 242 gürcü "qanuni oğru” var. Sonrakı yeri ruslar tutur və onların sayı 51 nəfərdir.
 
Erməni millətindən olan 30 "oğru”, yezidi kürdlərdən 26, azərbaycanlılardan 16, abxazlardan və çeçenlərdən 10, yəhudilərdən isə 7 "qanuni oğru” var.
 
Siyasi qarşıdurmaya baxmayaraq, bu siyahının hazırlanmasında Rusiya DİN-ə Ukrayna DİN-də yardım edib. Hər iki ölkəni hüquq-mühafizə orqanları mövcud vəziyyətdə ən təhlükəli, güclü təsir imkanına malik və ən nəhayət varlı kriminal avtoritet kimi azərbaycanlı Nadir Səlifovu (Lotu Quli) hesab edir. Rusiya və Ukrayna hüquq-mühafizə orqanlarının xəbərinə görə, Quli hər iki ölkədə güclü təsir imkanına malikdir.
 
Portalın yazdığına görə, azərbaycanlı "qanuni oğru”lardan İlqar Əliyev, Taleh Dağliyev, Emin Əhmədov, Zaur Şipilov, Əli Heydərov, Ülfət Tağıyev Rusiya həbsxanalrında həbsdədir. Hacıbaba Talıbxanlı və Yunus Nəzərov isə bir neçə ay öncə polis tərəfindən saxlanılıb. Yunus Nəzərov Özbəkistanda yaşayır. Dato Ağcəbədinskiy bir müddətdir ki, Ukraynada məskunlaşıb.
 
Ən varlı "qanuni oğru”lara gəldikdə isə Lotu Quli, Yusif Şamxorskiy, Vaqif Diplomat, Albert Rıjiy və Rəşad Gəncinski ən varlı kriminal avtoritetlər hesab olunur. Onlar milyarder kriminal avtoritetlər sayılır.
 
Slavyan kriminal avtoritetlər arasında isə Sergey Aksenov (Aksen İzmaylovskiy), Vladimir Tyürin (Tyurik) hesab olunur. Digər kriminal avtoritetlərin varidatı bir neçə on milyonlarla ölçülür.
 
RePost.Az

Baxış sayı: 5233 | Tarix: 04.09.2018
Bizi Telegramda izləyin: @repostaz