İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı terror aktı törədilib. Hadisə nəticəsində ölən hərbçilərin sayı 10-a çatıb, 21 nəfər yaralanıb, 2 terrorçu zərərsizləşdirilib.

RePost.Az “Tasnim” agentliyin' istinadən xəbər verir ki, terrorçulardan ikisi hadisə yerindən qaçıb. Terror törədənlər barədə hələ ki, rəsmi məlumat verilməyib.Qeyd edək ki, sentyabrın 22-də “Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb.

Bu münasibətlə SEPAH, Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirir. Ölkə paytaxtında keçirilən bu tədbirdə İslam Cumhuriyyətinin prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib. Tədbirə körfəzdə və Bəndərabbas limanından 600 döyüş gəmisi də qatılıb.

RePost.Az


Baxış sayı: 4758 | Tarix: 22.09.2018
Bizi Telegramda izləyin: @repostaz