"Ayselin ölümü ilə bağlı heç kim mənə düz məlumat vermir”.
RePost.Az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında "Oskar” otelində qətlə yetirilən 21 yaşlı Aysel Orucovanın atası A.O deyib.
Onun sözlərinə görə, qızı ailəlidir: "Ayselin anası Ülviyyə ilə 10 il əvvəl ayrılmışam. Onunla ailə qurandan sonra aramızda problem yarandı. İki uşağımız olmuşdu - bir oğlan, bir qız. Baxdıq ki, bir yerdə yaşaya bilməyəcəyik, ayrıldıq. Mən ikinci dəfə ailə qurdum, yenidən 3 övladım dünyaya gəldi. Ülviyyədə uşaqlarını götürüb, Bakıya getdi. Bakıda kirayə qalırdılar.
İki il əvvəl Aysel ailə qurdu. Bir uşağı var. Həyat yoldaşı Laçın rayonundandır. Ülviyyə qəfildən zəng elədi ki, Aysel günorta saatlarında yol keçəndə maşın vurub, gətiririk. Hadisənin necə baş verdiyini bilmirəm, heç kim mənə düz məlumat vermir. Ayselin meyitini Bakıdan iki maşın gətirib. Maşının birində meyit və əri, o birisində isə Ülviyyə…
Gətirib, düşürdük mənim həyətimə. Ayselin meyitini Ülviyyə ilə ana nənəsi yuyub, içəri başqa adam buraxmayıblar. Sonra da dəfn elədik”.
Qeyd edək ki, sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki otellərin birində Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
Qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev saxlanılıb.
35 yaşlı Nəriman Əliyev istintaqa ilkin ifadəsində Ayselə 11 bıçaq zərbəsi vurduğunu etiraf edib:
"Biz üç il əvvəl Pirşağıda yerləşən klubların birində tanış olmuşduq. Ondan sonra tez-tez görüşürdük. Ayseli yalan danışdığı üçün öldürdüm. Aysel həmin gecəni mənimlə birgə keçirəcəyinə söz verdi. Ancaq verdiyi sözü tutmadı. Görüşdükdən sonra yenidən çalışdığı kluba qayıtmaq istədiyini dedi. Bu zaman əsəbləşdim, digər otağa keçib bıçaq götürdüm və onu bıçaqladım. O, qan içində qıvrılırdı və öldüyünü gördükdən sonra qaçdım".
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
RePost.Az