İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, ilahiyyatçı Hacı Surxay Həsənlinin spirtli içki məclisində çəkildiyi iddia olunan fotogörüntüsü sosial medianın gündəmindədir.
RePost.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, ilahiyyatçı “İnstagram” səhifəsində açıqlama verərək əyləşdiyi masada spirtli içkinin olmadığını bildirib.
“Mənə atılan böhtana cavab verirem. Biz ailəvi dostumuzun evində olanda adi sular içmişik. Mən 7 yaşiıdan “Quran” oxuyram. Ömrümdə bir gün də olsun içki məclisində oturmamışam. Mənim haqqıma girənlərə halallıq vermirəm”,-deyə Hacı Surxay bildirib.
O qeyd edib ki, onun şəkilini sosial şəbəkədə paylaşan ateist ilahiyyatçı haqqında yalan məlumat yayıb.
RePost.Az