İranda son 3 gündə narkotik maddələrin qaçaqmalçılığında, qətldə və silahlı oğurluqda günahlandırılaran 24 nəfər edam edilib.
RePost.Az cənubi Azərbaycan saytlarına istinadən xəbər verir ki, narkotik maddə qaçaqmalçılığı və silahlı oğurluğinda ittiham olunan 3 nəfər yanvarın14-ü sübh saatlarında İranın Qəzvin şəhərinin mərkəzi zindanında, 16 nəfər Kərəcin Rəcayişəhr və mərkəzi “Nidamətgah” zindanlarında, 2 nəfər isə Rəşt şəhərinin Lakan həbsxanasında dar ağacından asılıb.
Həmçinin qətldə günahlandırılan 21 yaşlı daha 1 müttəhim, həmin gün Sari şəhərinin zindanında, eyni ittihama görə 2 məhbus da, Kirman və Həmədan həbsxanalarında edam edilib.