Amerika prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri – Milli Assambleyanın rəhbəri Xuan Quaydonu bu ölkədə prezident səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi tanıyıb. 
 
RePost.Az-ın məlumatına görə, bu barədə Ağ Ev bəyanat yayıb. Paytaxt Karakasın Çakao rayonunda etirazçılar qarşısında çıxış edən Xuan Quaydo da prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü elan edərək and içib.
 
Küçələrdə tərəflər arasında toqquşmalar baş verib. Polisin də müdaxilə etdiyi aksiyalarda 16 nəfər ölüb, 200-dən çox insan saxlanılıb. 
 
Bundan öncə ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela prezidenti N.Maduronu “diktator” adlandıraraq, Latın Amerika ölkəsinin müxalifətinə və onun lideri Xuan Quaydoya dəstəklərini ifadə etmişdi.
 
Ardınca Maduro bəyan etdi ki, Amerika hökumətilə münasibətlərə yenidən baxılması və müəyyən siyasi tədbirlərin görülməsi barədə qərar qəbul edib.
 
RePost.Az

Baxış sayı: 6259 | Tarix: 24.01.2019
Bizi Telegramda izləyin: @repostaz