İranın Rəzəvi Xorasan əyalətinin mərkəzi sayılan Məşhəddə və əyalətin digər şəhərlərində 40 massajçı həbs edilib.
 
RePost.Az-in Günaz.tv-yə istinadən verdiyi məlumata görə, bu barədə, Rəzəvi Xorasan əyalətinin ictimai təhlükəsizlik polisinin rəisi polkovnik Ümid Nudehi fevralın 4-də jurnalistlərlə görüşündə açıqlama verib.
 
O bildirib ki, polis qadınlara və kişilərə müalicəvi masaj xidməti ilə bağlı sosial şəbəkələrdə aparılan təbliğatların izinə düşərək, Məşhəddə və digər şəhərlərdə qanunsuz fəaliyyət göstərən 40 massajçı həbs edib: “Polis əməkdaşlarının keçirdiyi ayrı-ayrı əməliyyatlarda qanunsuz masaj xidməti ilə məşğul olan 40 nəfər həbs edilib. Məlum olub ki, tutulan şəxslər müalicəvi masaj adı altında əxlaqsızlıqla məşğul olublar.
 
Həbs edilənlər həmçinin öz müştəriləri ilə əlaqə saxlamaq üçün başqa-başqa şəxslərin adına alınmış telefon nömrələrindən, saxta kimlik və şəxsiyyət vəsiqələrindən istifadə edirmişlər. Tutulanların əksəriyyəti 22-32 yaş arasında olan gənclərdir. Faktla bağlı araşdırma aparılır”.
 
Polis rəisi tutulanlardan neçəsinin kişi və neçəsinin qadın olduğunu açıqlamayıb.
 
Qeyd edək ki, son illər İranın Məşhəd şəhəri mühüm “siğə” mərkəzlərindən birinə çevrilib. Belə ki, hər il bölgənin ərəb ölkələrindən, xüsəsən də İraqdan minlərlə şiə, ziyarət adl altında Məşhədə səfər edərək, ucuz siğə xidmətlərindən istifadə edirlər.
 
RePost.Az

Baxış sayı: 6354 | Tarix: 06.02.2019
Bizi Telegramda izləyin: @repostaz