Xəzər TV-də Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan “Bizə danış” verilişinin bu dəfəki buraxılışı da qalmaqalsız ötüşməyib.

RePost.Az BAKU.WS-ə istinadla xəbər verir ki, verilişə müraciət edən qadınla ekspertlər arasında mübahisə düşüb. Qadın verilişə şikayətlə müraciət edib. Bildirib ki, bir oğlanla tanış olub. Daha sonra ona ailə qurmaq niyyəti ilə qoşulub qaçıb. Lakin hər şey qadının düşündüyü kimi olmayıb. 20 gün sonra həmin kişi qadını tərk edib.

Ekspertlər tərəfindən sərt şəkildə tənqid edələn qadın tənqidlərə dözməyib, qışqıraraq zorlandığını bildirib. Səs rejissorları qadının səsini efirə verməməyə çalışsa da, onun zorlandığını etiraf etməsi açıq-aydın eşidilib.

Verilişdən sözügedən kadrları təqdim edirik:

RePost.Az


Baxış sayı: 4796 | Tarix: 16.01.2017
Bizi Telegramda izləyin: @repostaz