Son aylar ərzində İran iqtisadiyyatında baş verən kəskin geriləmələr və ağır sosial vəziyyət pilotların ölkəni tərk etməsi ilə nəticələnib. İş mühitindən narazılıq, uçuşların azalması, aşağı təhlükəsizlik standartları və sair səbəblərə görə, iranlı pilotlar ölkəni tərk etməyə başlayıblar.
 
İran Hava Yolları Şirkətləri Assosiasiyasının katibinin sözlərinə əsasən, 2017-cı il ilə müqayisədə 2018-ci ildə 2000 işsiz  pilot var və həyata keçirilmiş uçuşların həcmində 13% azalma müşahidə edilib. Bu səbəbdən, təkcə 2018-ci ilin son 3 ay ərzində 100-dən çox pilot  müharicət üçün müraciət edib.
 
Pilotların ölkəni tərk etməsi o qədər ciddi məsələdir ki, mütəxəssislər prosesi “İran aviasiya sənayesini gözləyən böhran” adlandırırlar. Qadağalardan sonra İran iqtisadiyyatının acınacaqlı vəziyyətə düşməsi, eləcə də xarici şirkətlərlə daxili şirkətlərin pilotlara ödədiyi əmək haqları arasında kəskin fərq prosesə təsir göstərən əsas amillərdəndir.
 
2013-cü ilin oktyabr ayında Pilotlar Assosiasiyasının idarə heyətinin üzvü Qulamrza Məhəmmədi bildirmişdi ki, qonşu ölkələrdə pilot köməkçisi aylıq 10-12 min dollar məvacib aldığı halda, İranda pilot özü 3 milyon tümən alır.
 
İranı tərk edən əksər pilotlar Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Qətər və qonşu ölkələrdə işləyirlər. 
 
RePost.Az
 
 

Baxış sayı: 5385 | Tarix: 17.04.2019
Bizi Telegramda izləyin: @repostaz