Keniyada müxalif millət vəkili Mişi Mboko, 8 avqustda keçiriləcək seçkilərlə bağlı həmcinslərinə müraciət edib.
RePost.Az xarici mətbuata istinadən bildirir ki, xanım millət vəkili, ərləri seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçənədək qadınları onlarla intim münasibətdə olmamağa çağırıb.
Mişel Mboko müxalifətin səsini artırmaq üçün bunun ən yaxşı taktika olduğunu bildirib:
“Seks güclü bir silahdır. Bu üsul seçkilərdə iştirak etmək istəməyən kişiləri həvəsləndirəcək. Sizə seçici kartlarını göstərənə kimi onların seks istəyinə yox deyin!”
Mboko, seçici qeydiyyatından keçciyi ərinin bu boykotdan təsirlənməyəcəiyini də vurğulayıb.
Qeyd edək ki, Keniyada seks boykotu ilk deyil. Ölkədə 2009-cu ildə də qadın aktivistləri 1 həftəlik seks boykotu keçirmişdilər