Ötən il avqustun 1-də fəaliyyəti dayandırılan “APA Holdinq”ə daxil olan apa.az saytı yenidən fəaliyyətini bərpa edib.
 
RePost.Az xəbər verir ki, “Azəri-Press” Agentliyi (APA) fəaliyyətini davam etdirir.
 
Hazırda agentlik Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və on-line sistemi ilə həyata keçirilir.
 
APA-nın Türkiyə, Rusiya, İran, Gürcüstan və Böyük Britaniyada da ofisləri fəaliyyət göstərir.
 
Məlumata görə, yaxın vaxtlarda APA TV də fəaiyyətini davam etdirəcək. 

Baxış sayı: 3827 | Tarix: 04.06.2019
Bizi Telegramda izləyin: @repostaz