Hörmüz boğazının şimalında iranlı hərbçilər Böyük Britaniyaya məxsus neft gəmisinə hücum edib.
 
RePost.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə amerikalı rəsmilər açıqlama verib. Məlumata görə, iranlı hərbçilər 5 qayıqla hərəkətə keçərək, neft gəmisini ələ keçirməyə çalışıb.
 
Lakin bölgədə olan krallığa məxsus hərbi gəmilər dərhal əraziyə cəlb edilib. Onların xəbərdarlığından sonra iranlı əsgərlər geri çəkilmək məcburiyyətində qalıb. Britaniyanın Müdafiə Nazirliyi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
 
Xatırladaq ki, ötən həftə Böyük Britaniyanın İrana məxsus neft gəmisini Cəbəli-Tariq sahillərində ələ keçirəndən sonra tərəflər arasında vəziyyət gərginləşib.
 
RePost.Az

Baxış sayı: 5385 | Tarix: 11.07.2019
Bizi Telegramda izləyin: @repostaz