İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər dar ağacından asılıb, 5 məhkum isə edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb. 
 
RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, bir il əvvəl naməlum səbəbdən bir ailənin üç üzvünü qətlə yetirən və adı mediaya açıqlanmayan məhkum avqustun 14-də Zəncan əyalətinin Xudabəndə şəhərinin zindanında edam edilib.
 
Elə həmin gün Zahidan şəhərinin zindanında saxlanılan və qətldə günahlandırıldıqları üçün barələrində ölüm hökmü çıxarılmış daha 5 gənc məhkum edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb. 
 

Baxış sayı: 6506 | Tarix: 15.08.2019
Bizi Telegramda izləyin: @repostaz