Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edib.
RePost.Az xəbər verir ki, Rusiya prezidenti Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etmək üçün Yerevana səfər edəcək.
V.Putin Ermənistan paytaxtında bir-iki saat qalacaq, tədbirdə iştirak edib, ölkəsinə dönəcək.
Məlumata görə, V.Putin hətta rəsmi şam yeməyinə belə qatılmayacaq: “Ermənistan tərəfi ikitərəfli görüş üçün xahiş etsə də, Rusiya tərəfi baş nazir Nikol Paşinyanla görüşdən hələ ki imtina edib”.
Qeyd edək ki, oktyabrın 2-də Yerevanda Avrasiya İqtisadi İttifaqının zirvə toplantısı keçiriləcək. Qaydalara görə həmin tədbirdə üzv ölkələrin dövlət başçıları iştirak edir. Bu baxımdan Rusiya liderinin də toplantıya qatılması gözləniləndir.