Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin.
Prezidentin digər sərəncamı ilə Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvü olub.
Həmçinin dövlət başçısı Ramiz Mehdiyevi xidmətlərinə görə, "Heydər Əliyev Ordeni" ilə təltif edib