Dövlət başçısı İlham Əliyev minimum əmək haqqının artırılması ilə bağlı sərəncam imzalayıb.
 
Sərəncamde deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında əhalinin maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
 
1. Minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilsin.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
3. "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 31 avqust tarixli 3112 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 992) 1-ci hissəsi ləğv edilsin.
 
Bu, minimum əməkhaqqının 11 manat (10,5 faiz) artımı deməkdir.
 
RePost.Az

Baxış sayı: 3808 | Tarix: 21.01.2017
Bizi Telegramda izləyin: @repostaz