Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, 38 yaşlı Qeorqiya Kutoyan öldürülüb.
 
BAKU.WS xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb.
 
Məlumata görə, Q.Kutoyanın cəsədi bu gün günortadan sonra İrəvanda aşkarlanıb.
 
"Paruyr Sevak küçəsindəki mənzillərdən birində keçmiş Milli Təhlükəsizlik Xidmətinin direktoru Qeorqiya Kutoyanın cəsədi tapılıb",-deyə Ermənistanın İstintaq Komitəsinin məlumatında qeyd olunur.
 
Kutoyan 2016-cı ilin fevralında Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib. Buna qədər o, Ermənistan prezidentinin hüquqi məsələlər üzrə köməkçisi olub. 2018-ci ilin mayında prezident Armen Sarkisyan Kutoyanın Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Baxış sayı: 4758 | Tarix: 17.01.2020
Bizi Telegramda izləyin: @repostaz