Fransada koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin hamısı sağalıb.
RePost.Az xəbər verir ki, ölkənin Səhiyyə naziri Olivye Veran Almaniya və İtaliyanın səhiyyə nazirləri ilə vəziyyəti müzakirə edərkən bu açıqlamanı verib.
Veranın sözlərinə görə, hazırda Fransa ərazisində virus daha yayılmır:
“Lionda xəstəxanaya yerləşdirilən sonuncu pasiyent sağalıb. O daha xəstə deyil və ona görə də evə qayıda bilib”.
Nazir qeyd edib ki, Fransada koronavirusla əlaqədar vəziyyət stabildir, ölkə ərazisində yeni yoluxma halları qeydə alınmayıb. Fransada ölümcül virusa yoluxan 12 nəfərdən cəmi biri dünyasını dəyişmişdi. Həmin pasiyentin ölüm səbəbi başqa xəstəlikdən əziyyət çəkməsi olub.