İranın vitse-prezidenti Məsumə Ebtekar koronavirusa yoluxub.

RePost.Az xəbər verir ki, onun analizinin nəticələri müsbət çıxıb və karantinə alınıb. M.Ebtekar İran prezidentinin qadın və ailə məsələləri üzrə müavinidir.Qeyd edək ki, rəsmi məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini və iki deputat da koronavirus daşıyıcısıdır.

Onlardan biri İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Müctəba Zünnuridir.

M.Zünnur analizin nəticələrinin müsbət çıxdığını və hazırda karantinə alındığını vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi və Tehranın deputatı Mahmud Sadiqiyə koronavirus diaqnozu qoyulub.

İran Səhiyyə Nazirliyi isə ölkənin 20 əyalətində koronavirusa yoluxma halının qeydə alındığını, indiyədək 22 nəfərin öldüyünü, 54 nəfərin sağaldığını, 141 nəfərə isə koronavirus diaqnozunun qoyulduğunu təsdiqləyib.


Baxış sayı: 4473 | Tarix: 27.02.2020
Bizi Telegramda izləyin: @repostaz