Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
 
RePost.Az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
 
Onun sözlərinə görə, prezidentlər İdlib məsələsində koordinasiyalı fəaliyyətin davam etdirilməsi üçün hazır olduqlarını söyləyiblər.
 
Bundan başqa, iki dövlət arasında əldə edilmiş razılaşmaların icra edilməsi məsələsi də müzakirə edilib.
 
Putin Ərdoğana İdlibdə şəhid olan türk əsgərlərinə görə başsağlığı da verib.

Baxış sayı: 4872 | Tarix: 28.02.2020
Bizi Telegramda izləyin: @repostaz