Ermənistanda koronavirusun yayılması artıq nəzarətdən çıxıb.
RePost.Az xəbər verir ki, belə bir açıqlama ilə Ermənistanın səhiyyə naziri Arsen Torosyan parlamentin səhiyyə komitəsinin iclasında çıxış edib.
“Deyə bilmərik ki, bizdə koronavirusun yayılması dayanıb. Əgər əvvəllər bir mənbədən 50 yoluxma halı baş verirdisə, indi biz 10 və ya 20 mənbədən 16, 20 bəzən də 30 yoluxma halı ilə qarşılaşırıq. Bu da onu deməyə əsas verir ki, koronavirusun yayılması nəzarətdən çıxıb”, - deyə o bildirib.