Noyabrın  12-də gözlənilən hava şəraiti açıqlanıb. 
 
Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən xəbərə görə, noyabrın 12-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
 
Noyabrın 12-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.
 
Havanın temperaturu  gecə 5-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  3-8 dərəcə  isti olacaq.   
 
Tibbi-meteoroloji proqnoz
 
Noyabrın 12-də Abşeron yarımadasında mülayim xəzri küləyi və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətin bir qədər çox olacağı gözlənilir ki, bu da bəzi insanlarda narahatlıq yarada bilər. 

Baxış sayı: 2079 | Tarix: 11.11.2020
Bizi Telegramda izləyin: @repostaz