Həftə sonu hava şəraiti kəskin dəyişəcək.
 
Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 30-u arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Yanvarın 31-də cənub-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.
 
Azərbaycanın rayonlarında yanvarın 30-da ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Yanvarın 31-də qərb küləyi əsəcək, bəzi yerlərdə 20-25 m/s-dək güclənəcək.
 

Baxış sayı: 2497 | Tarix: 29.01.2021
Bizi Telegramda izləyin: @repostaz