İranın paytaxtı Tehranda partlayış və atışma baş verib.
 
RePost.Az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.
 
İranlı sosial şəbəkə istifadəçiləri və fəallarının yayınladığı foto və videogörüntülərdən aydın olur ki, hadisə ötən gecə Tehranın Dəmavənd bölgəsində qeydə alınıb.
 
Partlayış və atışma səsləri bir neçə dəqiqə davam edib. Hadisənin səbəbləri barədə dəqiq məlumat verilmir.
 
Hələlik İranın rəsmi orqanları hadisə ilə bağlı hər hansı açıqlama verməyiblər.

Baxış sayı: 445 | Tarix: 05.10.2021
Bizi Telegramda izləyin: @repostaz