Martın 10-da polis əməkdaşları İsmayıllı rayon sakini, F-1 qumbarası ilə silahlanmış Kazımov Zakir Əhməd oğlunu saxlamaq istəyərkən, cinayətkar əlindəki qumbaranı kafenin ərazisinə atıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Virtualaz.org-a Rayon Polis Şöbəsindən məlumat veriblər.
 
Mənbəyə görə, baş vermiş partlayış nəticəsində rayon sakini Səfa Məlikov ayağından yaralanıb. Onun vəziyyətinin sabir olduğu deyilir. Partlayış nəticəsində başqa zərərçəkən olmayıb.
 
APA-nın məlumatına əsasən, partlayış zamanı rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 
 
Hadisəni törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlunun saxlanıldığı bildirilir. 
 
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
 
RePost.Az 

Baxış sayı: 2668 | Tarix: 10.03.2017
Bizi Telegramda izləyin: @repostaz