Metronun "Avtovağzal" stansiyasında problem yaranıb
 
Bakı etropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, gərginlik düşməsi nəticəsində "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb.
 
"4 dəqiqədən sonra işıqlanma bərpa olunub. Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Hazırda tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir",-B. Məmmədov deyib.
 
O bildirib ki, hazırda hadisənin səbəbləri araşdırılır. Digər detallar məlum olduqca informasiya veriləcək.

Baxış sayı: 4074 | Tarix: 14.11.2022
Bizi Telegramda izləyin: @repostaz