30 avqust – 1 sentyabr tarixlərində Macarstanın Tata şəhərində World Shotokan Karate (WSF) üzrə 14-cü Avropa Çempionatı keçirilib.  
 
RePost.Az xəbər verir ki, Avropa çempionatında milli komandamız da iştirak edib. 
 
Yarışda Dünya və Avropa çempionu Şahin Atamanovun yetrimələri xüsusilə fərqləniblər. Belə ki, 12-13 yaş qrupları arasında Dəniz Nəcəfli bütün rəqiblərini məğlub edərək Azərbaycan Bayrağını bir daha ən yüksək zirvədə dalğalandırmağı bacarıb. O, 48 kq çəki dərəcəsində 2-ci dəfə Avropa Çempionu adını qazanıb. Dəniz Nəcəfli  bu yarışda həm WKF, həm də Shobu nihon kateqoriyaları üzrə Azərbaycana qızıl medal gətirib.
 
Xatırladaq ki, Dəniz Nəcəfli ötən il Bolqarıstanda və Özbəkistanda keçirilən çempionatlarda da qızıl medal qazanmışdır.
 

Baxış sayı: 8539 | Tarix: 02.09.2024
Bizi Telegramda izləyin: @repostaz