Bakı metrosunun "Nizami" stansiyasında 35 yaşlı kişi qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb. 
 
RePost.AZ-ın "report"a istinadən verdiyi xəbər görə, yaralının aparıldığı 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov bildirib ki, xəsarət alan kişi hazırda komadadır.
 
Onun sözlərinə görə, hələlik yaralının kimliyini tam dəqiqləşdirmək mümkün olmayıb:

"Adının Fərid olduğunu deyirlər. O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır”.
 
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
 

Baxış sayı: 2307 | Tarix: 20.04.2017
Bizi Telegramda izləyin: @repostaz