Bakıda gecə klubunda baş vermiş kütləvi dava zamanı 6 nəfər xəsarət alıb.

 

RePost.Az-ın verdiyi məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

 

Belə ki, Azadlıq prospektində yerləşən gecə klubunda stolüstü “Mafia” oyunu keçirilib. Bu zaman şəxsiyyətləri hələlik məlum olmayan 10 nəfər içəri daxil olaraq oyun iştirakçıları ilə mübahisə edib. Mübahisə zamanı yaranmış əlbəyaxa dava nəticəsində bir neçə nəfər xəsarət alıb. 

 

Xəsarət alanlar 1957-ci il təvəllüdlü Məmmədov Rasim Gülbala oğlu, 1972-ci il təvəllüdlü Həsənov Akif Rafiq oğlu, 1995-ci il təvəllüdlü Əhmədova Lona Qulam qızı, 1985-ci il təvəllüdlü Ağaməmmədov İlqar Ələkbər oğlu, 1989-cu il təvəllüdlü Məmmədov Orxan Cəlal oğlu və 1989-cu il təvəllüdlü Qəribəli Vəli Zeynulla oğludur.

 

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Klub müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

 

Qeyd edək ki, sözügedən klubda bir neçə il bundan öncə də silahlı insident qeydə alınıb.

 

Hadisənin təfərrüatları araşdırılır.

 


Baxış sayı: 3029 | Tarix: 24.04.2017
Bizi Telegramda izləyin: @repostaz