Azərbaycan Premyer Liqasında iştirak etmiş futbolçu Şəhriyar Xəlilov dünyasını dəyişib.

REPOST.AZ xəbər verir ki, bu barədə "Kəpəz" klubunun mətbuat katibi Azad Mustafayev report-a məlumat verib.

Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi 25 yaşında ikən ürək tutmasından vəfat edib.

Şəhriyar Xəlilov vaxtilə "Qarabağ", "Qəbələ", "Xəzər Lənkəran" və "Bakı"da oynayıb. O, bir müddətdir klubsuz idi.

REPOST.AZ


Baxış sayı: 3428 | Tarix: 27.11.2016
Bizi Telegramda izləyin: @repostaz