Hədə-qorxu ilə pul tələb etməkdə və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə davam edib.
 
RePost.Az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmü ilə Elməddin Fərzəliyev barəsində verilən Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi üzrə bəraət verilib. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə isə 2 il 4 ay müddətinə cəza verilib. 
  
Xatırladaq ki, prokuror çıxışında Elməddin Fərzəliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Qeyd edək ki, Elməddin Fərzəliyev Cinayət Məcəlləsinin 182-cü (hədə qorxu ilə tələb etmə),  234-ci (narkotik maddə) maddələri ittihamı verilib.
  
Zərərçəkmiş şəxs Qurbanəli Səfərov şikayətində bildirib ki, Elməddin Fərzəliyev "Neftçilər” metrostansiyası yaxınlığındakı kafedə ondan 1000 manat pul tələb edib. O, 400 manat verdiyini bildirib.
 
Zərərçəkənin şikayəti əsasında Elməddin Fərzəliyev saxlanılıb.
  
Onu da qeyd edək ki, Elməddin Fərzəliyev kriminal aləmdə "Vasmoy Elməddin" kimi tanınır. Onun Səbail rayonu Badambar qəsəbəsində ötən il baş verən atışmadan sonra saxlanıldığı deyilir.



RePost.Az

Mənbə: lent.az

Baxış sayı: 2649 | Tarix: 31.05.2017
Bizi Telegramda izləyin: @repostaz