Havaların istiləşməsi və yağıntıların azalması, Urmu gölündə suyun səviyyəsinin daha da aşağı düşməsinə səbəb olub.

RePost.Az-ın Günaz TV-yə istinadən verdiyi məlumata görə, bu barədə Güney Azərbaycanın Urmu şəhərinin millət vəkili Nadir Qazipur açıqlama verib. Həsən Ruhani hakimiyyətini gölün problemlərinə laqeyd yanaşmaqda ittiahm edən millət vəkili deyib ki, Urmu Gölünü Canlandırma Mərkəzi, Tehranda deyil, Urmuda təşkil olunmalı idi.

“Mən əvvəldən bu məsələyə qarşı olmuşam, indi də eyni fikirdəyəm. Mərkəz Urmuda olsaydı, ona daha çox nəzarət olunardı”- deyə o əlavə edib. Millət vəkili, Urmu gölü ilə bağlı aparılan elmi araşdırmalara da öz münasibətini bildirib.

“Gölün canlandırılması ilə bağlı araşdırmalara dair plan, Tehranın Şərif universitetinə tapşırılıb. Bu, Azərbaycandakı universitetlərin məhv edilməsi deməkdir. Təbriz və Urmu universitetləri, Urmu gölü ilə əlaqədə olan azərbaycanlı mütəxəssislərin vasitəsi ilə araşdırma aparıb, daha tez nəticəyə çata bilərlər. Belə olan halda ölkənin sərmayəsi də hədər getməz”- deyə millət vəkili vurğulayıb.

O, Urmu gölü ilə bağlı yaranan bürokratiyadan da narahat olduğunu deyib. Onin fikdincə, həddindən artıq bürokratiyanın yaranması, Urmu gölünün canlandırılmasına heç bir yardım etmir, bu iş, sadəcə büdcənin daha çox hədər getməsinə səbəb olur. Urmu Gölünü Canlandırma Mərkəzi, Urmuda yerləşərsə, yaranan bürokratiyanı da aradan qaldırmaq mümkün olar.

RePost.Az


Baxış sayı: 3789 | Tarix: 27.06.2017
Bizi Telegramda izləyin: @repostaz