Azərbaycanlı milli-mədəni fəal Yunis Rəhimi, Babək qalası yığıncağından qayıdarkən İran polisi tərəfindən saxlanılıb.
 
RePost.Az Günaz Tv-yə istinadən xəbər verir ki, fəal, yaxalandıqdan sonra Tehranın Evin zindanına aparılıb. Hələlik fəalın vəziyyəti ilə bağlı konkret məlumat olmasa da, sosial şəbəkələrdə onun Evin zindanında ağır şəraitdə saxlandığı və ETTELAAT əməkdaşları tərəfindən sorğu-suala tutulduğu deyilir.
 
RePost.Az
 

Baxış sayı: 3029 | Tarix: 08.07.2017
Bizi Telegramda izləyin: @repostaz